Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putin sammitdə Azərbaycan, İran, Türkmənistan, Türkiyə, Qırğızıstan, Hindistan, Pakistan və Çin liderləri ilə görüş keçirəcək.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti 15-16 sentyabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək.

.