Rusiya Prezidenti Vladimir Putin Federasiya Şurasının sədr müavini Andrey Turçaka Altay Respublikasının rəhbəri olmağı təklif edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Turçak Altay Respublikasına rəhbər vəzifəsini etibar etdiyinə görə Putinə təşəkkür edib.

Qeyd edək ki, Altay Respublikasının rəhbəri Oleq Xoroxordin bu gün yeni iş yerinə keçidlə əlaqədar vəzifəsini tərk etdiyini açıqlayıb.

.