“Sanitar və siyasi məhdudiyyətlərə baxmayaraq, sizinlə müntəzəm görüşməyə vaxt tapırıq. Bu görüşlər və təmaslar yaxşı nəticələr verir”.
Bunu Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla Astanada görüşündə bildirib.
“Qeyd etməliyəm ki, sizin bu ilin avqustunda Soçiyə səfəriniz zamanı əldə etdiyimiz bütün razılaşmalar icra edilir. Hökumətdəki həmkarlarımız və şirkətlər qeyd olunan bütün planları reallaşdırırlar”, - Rusiya Prezidenti vurğulayıb.
Putin “Akkuyu” AES-in tikintisindən də danışıb və əlavə edib ki, AES-də işlər plan və qrafik üzrə gedir, ilk enerji bloku, cümhuriyyətin 100 illiyi üçün işə salınacaq: “Gələn ilin may ayında nüvə yanacağını gətirməyi planlaşdırırıq”.
Putin Türkiyəni böyük təbii qaz qovşağına çevirmək istədiklərini bildirib
Rusiya qazının Türkiyəyə tədarükü tam həcmdə həyata keçirilir.
Bunu Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla Astanada görüşündə bildirib.
Putin qeyd edib ki, Türkiyə Avropaya qaz nəqlində ən etibarlı tərəfdaşdır.
Rusiya Prezidenti Avropaya qaz nəqli üçün Türkiyədə yaradılması təklif olunan qaz qovşağından da danışıb: “Türkiyədə yaradılması təklif olunan qaz qovşağı mavi yanacağın qiymətinin müəyyənləşdirilməsi platformasına çevrilə bilər ki, bu da bu məsələnin siyasiləşdirilməsini istisna edəcək”.
Putin Ukraynanın “Türk axını” qaz kəmərində təxribat cəhdlərindən də danışıb.
Rusiya lideri Türkiyəni böyük təbii qaz qovşağına çevirmək istədiklərini ifadə edib.
Putin: "Taxıl alan ölkələr Ərdoğana təşəkkür etməlidir”
“İstanbul sazişinə görə taxıl alan ölkələr Ərdoğana təşəkkür etməlidir”.
Bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla Astanada görüşündə bildirib.
“Məhz sizin sayənizdə Ukrayna taxılının xarici bazarlara çıxarılması ilə bağlı sazişi həyata keçiririk. Düşünürəm ki, həmin məhsulları alan ölkələr sizə təşəkkür etməlidirlər”, - deyə Rusiya prezidenti vurğulayıb.
Putin İstanbul sazişi üzrə Ukrayna taxılın çox az hissəsinin kasıb ölkələrə getməsindən təəssüfləndiyini də qeyd edib.
Ərdoğan: Rusiya taxılının Türkiyə vasitəsilə daşınmasında qətiyyətliyik
“Biz (Taxıl daşınmasına dair - red.) İstanbul razılaşmasını gücləndirmək və qüvvədə saxlamaq, Rusiya taxılını və gübrəsini Türkiyə vasitəsilə inkişaf etməmiş ölkələrə daşımaqda qətiyyətliyik”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Astanada görüşü zamanı deyib.
“Taxıl dəhlizinə dair Türkiyə və Rusiyanın atacağı addımlar müəyyən dairələri narahat edəcək, digər tərəfdən isə az inkişaf etmiş ölkələri sevindirəcək”, - Ərdoğan vurğulayıb.
Ərdoğan əlavə edib ki, “Akkuyu” Atom Elektrik Stansiyasının ilk turbininin açılışı gələn ilin ilk yarısında baş tutacaq. O, “Sinop” Atom Elektrik Stansiyası ilə bağlı da addım atıla bilsə, bunun fərqli effekti olacağını vurğulayıb.
.
