Rusiya və Türkiyə prezidentləri Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidəki üçtərəfli görüşün yekunlarını müzakirə edib.

Bu barədə Kremlin Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığına dair yaydığı məlumatda bildirilib.

"Telefon danışığına Rusiya Federasiyası Prezidentinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə oktyabrın 31-də Soçidə keçirilmiş üçtərəfli görüşünün nəticələri də müzakirə olunub", deyə Kremlin məlumatında qeyd olunub.

.