Durovun heç Bakıda olduğunu bilmirdim. Onunla Bakıda niyə görüşməliydim ki?!
Bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostok iqtisadi forumunun plenar iclasında çıxışında bildirib.
Putin Durovla Bakıda görüşmədiyini vurğulayıb. O qeyd edib ki, “Teleqram”ın rəhbəri ilə uzun illər öncə Moskvada, Kremldə görüşüb.
"Əgər o, mənimlə görüşmək istəyirdisə, biz Moskvada görüşə bilərdik", - Rusiya Prezidenti əlavə edib.
.