Rusiya prezidenti Vladimir Putin jurnalist Darya Duqinanın qətlini alçaq və qəddar cinayət adlandırıb.

Kremlin mətbuat xidməti verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Darya Duqinanın ailəsinə göndərdiyi başsağlığı ilə bağlı teleqramda bildirib.

Putin qeyd edib ki, Darya Duqina insanlara, vətəninə vicdanla xidmət edib, Rusiyanın vətənpərvərinin nə demək olduğunu sübut edib.

.