“Azərbaycan və Ermənistan arasında istənilən münaqişəli vəziyyət Rusiya Federasiyasında ciddi narahatlıq doğurur. Moskva tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırır”.

Bunu Rusiya Prezidenti Vladimir Putin etimadnamələrin təqdimetmə mərasimində xarici dövlətlərin səfirləri qarşısında çıxışı zamanı deyib.

“Vurğulayıram ki, bizə yaxın olan dövlətlər arasında hər hansı münaqişəli vəziyyət bizi ciddi narahat edir. Biz hər kəsi təmkinli olmağa, atəşkəs rejiminə ciddi riayət etməyə, həmçinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına qətiyyətlə əməl etməyə çağırırıq”, - deyə o bildirib.

.