Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə görüşə AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti müzakirə etməklə başlamağı təklif edib.

Bu gün Düşənbədə keçirilən görüş zamanı Putin bir daha qəza ilə bağlı başsağlığını çatdırıb, qəzadan sonra telefon danışığı zamanı üzr istədiyini xatırladıb.

Rusiya Prezidenti bildirib ki, baş vermiş hadisə üzrə araşdırma davam edir və yaxın vaxtda başa çatacaq.

Hadisə haqda danışan Putin qeyd edib ki, həmin gün Rusiyanın hava məkanına müdaxilələr olub və Rusiya HHQ tərəfindən atəş açılıb. Atəş təyyarəyə açılmasa da, qəlpələr təyyarəyə dəyib.

“Bununla əlaqədar kompensasiyalar ödəniləcək və günahkarlar cəzalandırılacaq”, - deyə Putin vurğulayıb.

Rusiya AZAL təyyarəsinin qəzasının səbəblərinin araşdırılmasına hər cür yardım göstərir

Rusiya AZAL təyyarəsinin qəzasının səbəblərinin araşdırılmasına hər cür yardım göstərir.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Duşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.

"Şübhəsiz ki, razılaşdığımız kimi istintaqa hər cür yardım göstəririk. İstintaq başa çatır", - o qeyd edib.

AZAL təyyarəsinin qəzaya uğramasına obyektiv qiymət vermək borcumuzdur

Rusiya Prezidenti Vladimir Putin AZAL təyyarəsinin qəzasına obyektiv qiymət verilməsini vacib hesab edir.

O, bunu Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

"Bizim borcumuz baş verən hər şeyə obyektiv qiymət vermək və əsl səbəbləri müəyyənləşdirməkdir. Lakin bu, müəyyən vaxt tələb edir. Bu məsələni sona çatdırmaq üçün yəqin ki, bir qədər də vaxta ehtiyac var", - deyə Prezident Putin əlavə edib.

.