Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ər-Riyadda ABŞ-la aparılan danışıqların nəticələri barədə ona məruzə edilib.

Putin Ər-Riyaddakı danışıqların nəticələrini yüksək qiymətləndirdiyini vurğulayıb.

Onun sözlərinə görə, Rusiya və ABŞ diplomatlarının ölkədən çıxarılması yaxşı heç nəyə gətirib çıxarmayıb, indi diplomatik missiyaların işi bərpa olunacaq.

Putin deyib ki, Rusiya ABŞ ilə qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə, o cümlədən Yaxın Şərqdə - Suriya və Fələstində işi bərpa etmək üçün ilk addımı atıb.

Putin: Heç kim Ukraynanı danışıqlar prosesindən kənarda qoymur 

Rusiya Ukrayna ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır.

Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, ABŞ və Rusiya arasında Ər-Riyadda keçirilən görüşün məqsədi etimadı artırmaq olub: "Rusiya və ABŞ arasında etimad səviyyəsini artırmadan Ukrayna böhranını həll etmək mümkün deyil. Rusiya heç vaxt Avropa və ya Ukrayna ilə dialoqdan imtina etməyib. Avropalılar özləri Moskva ilə əlaqəni dayandırıb, Kiyev hətta Rusiya ilə danışıqlara qadağa qoyub".

Ər-Riyadda keçirilən görüş barədə danışan Putin qeyd edib ki, Amerika tərəfində danışıqlarda qərəzsiz və mühakiməsiz “tamamilə fərqli insanlar” olub: "Rusiya və ABŞ arasında dialoqda vasitəçilərə ehtiyac yoxdur“.

Putin Trampla görüşməkdən şad olacağını, lakin görüşə hazırlıqlı olmağın vacibliyini vurğulayıb. Rusiya prezidenti bəyan edib ki, onlar üçün sadəcə olaraq Trampla görüşmək kifayət deyil.

Putin Trampla görüşünün nə vaxt baş tuta biləcəyini söyləməyə hazır olmadığını əlavə edib.

"Tramp Ukrayna böhranını tez bir zamanda həll edəcəyinə söz verib, lakin prezident postundan məlumatları aldıqdan sonra mövqeyini dəyişib, bu təbiidir", - Rusiya Prezidenti vurğulayıb.

Danışıqlar prosesi həm Rusiyanın, həm də Ukraynanın iştirakı ilə baş tutacaq.

Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, heç kim Ukraynanı bu prosesdən kənarda qoymur.

Putin ABŞ prezidenti Donald Trampın telefon danışığı zamanı bunları söylədiyini bildirib. Qeyd edib ki, danışıqlar Moskva və Kiyevin iştirakı ilə baş tutacaq və heç kim Ukraynanı bu prosesdən kənar qoymur: "Mən bunu təsdiqləyə bilərəm".

.