Rusiya Federasiyasının prezidenti Vladimir Putin ABŞ-ın Suriyanı bombalamasını təcavüz adlandırıb.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin ABŞ-ın Suriyanı bombalamasını təcavüz adlandırıb.
 "RİA Novosti” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Vladimir Putinin qənaətincə, terrorçuların kimyəvi silahdan istifadə etməsi faktlarının təhrif edilməsi mövcud şəraiti daha da dərinləşdirir”, - deyə Peskov vurğulayıb.
Onun sözlərinə əsasən, Rusiya prezidenti Suriya ordusunun kimyəvi silah ehtiyatının olmadığını bildirib.

Qeyd edek ki, ABŞ-ın raket zərbələri nəticəsində ölən insanlar var.
Bunu Suriyanın Homs əyalətinin qubernatoru Talal Barazi deyib. O, neçə nəfərin öldüyünü açıqlamayıb. T. Barazi qeyd edib ki, hücuma məruz qalan aviabaza terrorçulara qarşı mübarizədə istifadə edilirdi.
Suriya İnsan Haqlarının Monitorinqi Mərkəzi (SOHR) isə raket zərbələri nəticəsində azı 4 Suriya hərbçisinin öldüyünü və aviabazanın demək olar ki, tam dağıdıldığını bildirib.

.