Rusiya Prezidenti Vladimir Putin ABŞ-ı Ukraynada bioloji silahların izini itirməyə çalışmaqda günahlandırıb.
Vladimir Putin iqtisadi-sosial sahədə keçirdiyi müşavirədə çıxışı zamanı Ukraynada bioloji laboratoriyaların olmasından danışıb.
“Ukraynada ABŞ-ın köməyi ilə işlənib hazırlanan bioloji materialların izini indi silməyə çalışırlar”, - Rusiya dövlət başçısı bildirib.
Putin: "Müdafiə Nazirliyinin Ukraynada taktikası özünü tam doğruldub"
Rusiya Müdafiə Nazirliyinin Ukraynada taktikası özünü tamamilə doğruldub.
Bunu Prezident Vladimir Putin iqtisadi-sosial sahə ilə bağlı keçirdiyi müşavirədə çıxışı zamanı bildirib.
“Müdafiə Nazirliyinin Ukraynadakı taktikası özünü tamamilə doğruldub. Hərbçilərimiz dinc əhali arasında itkilərdən yayınmaq üçün hər şeyi edir”, - Putin vurğulayıb.
Putin: “Ukraynanı işğal etmək niyyətimiz yoxdur”
“Kiyev ətrafında Rusiya qoşunlarının olmasının Ukraynanın işğal edilməsi niyyəti ilə əlaqəsi yoxdur”.
“RİA Novosti” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin söyləyib.
"Ukraynadakı xüsusi hərbi əməliyyat sonadək davam edəcək", - dövlət başçısı vurğulayıb.
.
