ABŞ-dakı daxili siyasi mübarizə siyasət və iqtisadiyyatda müəyyən əsəbilik yaradır.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bunu Çinə səfər zamanı mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin bildirib.
"Siyasət və iqtisadiyyatın ən böyük və aparıcı mərkəzlərində qeyri-müəyyənlik yaradan elementlərin artdığını müşahidə edirik. Biz Birləşmiş Ştatlarda kəskin daxili siyasi mübarizəni görürük. Bu, yalnız siyasətdə deyil, həm də iqtisadiyyatda müəyyən əsəbilik yaradır”, - Rusiya lideri deyib.
Dövlət başçısı həmçinin bildirib ki, Avropa cəmiyyətində də hamı Breksitin nəticələri həyəcanla müşahidə edir.

.