Rusiya prezidenti Vladimir Putin ABŞ-ın bütün dünyada siyasi proseslərə müdaxilədə ittiham edib.

"RİA-Novosti” agentliyi xəbər verir ki, dövlət başçısı bu haqda NBC telekanalına müsahibəsində deyib.
"Mən heç kəsi incitmət istəmirəm, amma Birləşmiş Ştatlar bütün dünyada ölkələrin seçki kampaniyalarına fəal müdaxilə edir. Dünya xəritəsinin harasına əl uzatsan, hər yerdə sizə şikayət edəcəklər ki, Amerikanın rəsmi şəxsləri onların daxili siyasi proseslərinə qarışırlar”, - Putin bildirib.

.