Rusiya prezidenti Vladimir Putin Rusiya məktəbliləri hərəkatının yaradılması barədə fərman imzalayıb.
Publika.az xəbər verir ki, Putin 15 illik hakimiyyəti dövründə bir sıra keçmiş Sovet rəmzlərini bərpa edib.
1922-ci ildə keçmiş Sovet İttifaqında yaradılan "Pioner” hərəkatı 1991-ci ildə buraxıldı. Həmin dövrdə 9-14 yaşadək hər bir şagird bu hərəkatın üzvü olmalı idi.
Pionerlərin rəmzi isə qırmızı qalstuk idi.
.
