"Andiçmədən sonra hökumətdə dəyişiklik edilib-edilməməsi haqqında qərar verəcəm".Bunu Rusiya prezidenti Vladimir Putin hökumətdə dəyişiklik edib-etməməsi ilə bağlı suala cavabında bildirib.
Özünün seçki qərargahında jurnalistlər önünə çıxan Vladimir Putin bır sıra suallara cavab verib. O, hələlik yeni konstitusiya islahatları keçirməyəcəyini söyləyib: "O ki, qaldı hökumətin rəhbəri məsələsinə, deyə bilərəm ki, ümumilikdə hökumət barədə qərar andiçmədən sonra veriləcək. Hələlik, seçkilərin nəticələrini gözləmək lazımdır. Bütün dəyişikliklər andiçmədən sonra elan ediləcək"
