Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək.
TASS verdiyi xəbərə görə, bu barədə Vladimir Putin QAZ Avtomobil Zavodunun işçiləri ilə görüşündə deyib.
"Mən Rusiya Federasiyasının prezidenti vəzifəsinə namizədliyimi irəli sürəcəyəm", - o vurğulayıb.
"Mən seçicilərin etimadını qazanaraq Rusiya Federasiyasının prezidenti vəzifəsinə seçilməyə çalışacağam”, - deyə Putin vurğulayıb.
Qeyd edək ki, V. Putinin səlahiyyət müddəti 2018-ci il mayın 7-də başa çatır.
.
