Dekabrın 17-də Rusiya prezidenti Vladimir Putin media üçün 11-ci sual-cavab sessiyası keçirəcək. Əsas mövzunun Suriya müharibəsi və Türkiyə ilə münasibətlərdəki gərginliyin olacağı gözlənilir.

Tədbirə 1390 jurnalist akkreditə olunub. Onların içində Dozhd telekanalından Kseniya Sobçak da var. Ötən il Sobçhakın Putinlə mübahisəsi yaranmışdı.

Xatırladaq ki, Putin 2001-ci ildən media üçün sual-cavab sessiyaları təşkil edir. Sözçüsü bunu prezidentlə müsahibə üçün çoxsaylı müraciətlərlə izah edir.

Mətbuat konfransı adətən Moskva vaxtı iləsaat 12-də başlayır və bir neçə saat davam edir. Jurnalistlər istənilən sualı verir və tədbirin nə vaxt bitməsinə prezident qərar verir.

"Azadlıq" radiosu qeyd edir ki, Putindən fərqli olaraq, digər dövlət başçıları media ilə daha sıx təmas qururlar. Məsələn, ABŞ prezidentləri ildə bir neçə dəfə rəsmi mətbuat konfransları keçirir. Bundan başqa, Ağ Ev də jurnalistlər qarşısında bəyanatlarla çıxış edir və medianın suallarını cavablandırır.
.