
Fransanın PSJ klubu “Mançester Yunayted”in (İngiltərə) futbolçusu Markus Reşfordu bu yay transfer edə bilər.
Yenizaman “L'Equipe”ə istinadən xəbər verir ki, hazırda İngiltərənin digər təmsilçisi “Aston Villa”da icarə əsasında çıxış edən hücumçu ilə danışıqlara başlanılıb.
27 yaşlı ön xətt oyunçusu Birmingem klubunda meydana çıxdığı 12 matçda 3 qola, 4 məhsuldar ötürməyə imza atıb.
Qeyd edək ki, “Transfermarkt” portalı futbolçunu 50 milyon avro dəyərində qiymətləndirir. M.Reşfordun "Mançester Yunayted"lə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
.