Fransanın PSJ-sinin rəhbərliyi futbolçu Kilian Mbappenin komandadan ayrılma variantını nəzərdən keçirməyə hazırdır.
AS nəşri xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi Maurisio Poçettino İspaniya "Barselona"sından Lionel Messi, İngiltərə "Mançester Siti"sindən isə Sexio Aqueronun transfer edilməsini istəyir.
Lakin bu oyunçuların heyətə cəlb edilməsi üçün klub "Maliyyə Fair Play"ini pozmamaq məqsədi ilə futbolçularına verilən maaşları azaltmalıdır.
Mbappedən başqa Neymar da çox məvacib aldığı üçün PSJ-dən ayrıla bilər.
Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edir.
.