İspaniyanın "Real Madrid" komandasının hücumçusu Kərim Benzema karyerasını Fransada davam etdirə bilər.

Bu barədə "Fichajes" məlumat yayıb.

Mənbənin məlumatına görə, “Pari Sen-Jermen” (PSJ) klubu 33 yaşlı fransalıya iddialıdır. Qeyd olunur ki, parislilər hücumçunu 2022-ci ilin yayında almaq istəyir. Futbolçunun “Real Madrid”lə müqaviləsi 2023-cü ilin iyununda başa çatacaq.

Benzema bu mövsüm “Real Madrid”in heyətində 15 oyun keçirib, 14 qol vurub və 6 məhsuldar ötürmə edib.

.