Sentyabrın 21-də saat 01 radələrində Ağdam rayonunun Qərvənd kəndi ərazisində təmir işləri aparan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator yükləyici traktor tank əleyhinə minaya düşüb.

Ağdam rayon prokurorluğundan APA-ya verilən məlumata görə, nəticədə sürücü, 1972-ci il təvəllüdlü Zəfər Ağayev müxtəlif dərəcəli bədən xəsarəti alıb. Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

.