Oktyabrın 31-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) ofisində yoxlamalar aparılıb, kompüterlərə baxılıb.
Bunu "Azadlıq" radiosuna SMDT rəhbəri Anar Məmmədli deyib.
O, yoxlamaları həyata keçirdikləri layihələrlə əlaqələndirir: "Yoxlamaları Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi aparır. Bizimlə bağlı bu məsələ bir neçə gün əvvəl başlanıb. Bu yoxlamalar bizim layihələrlə bağlıdır. Bir qədər anlaşılmazlıq var, belə ki, adətən bu məsələlərlə bağlı Vergilər Nazirliyi yoxlama aparmalıdır. İstintaq sirri olduğu üçün detallı məlumat verə bilmirik. Hələ ki, gözləyirik".
Xatırladaq ki ABŞ-ın hökumət agentliyi olan USAİD və bu ölkənin Milli Demokratiya İnstitutu prezident seçkilərində monitorinq aparmaq üçün QHT- yüz minlərlə dollar qrant ayırdığı haqda məlumat daxil olmuşdu. Amerika təşkilatlarının qeydiyyatı ləğv edilmiş bu təşkilata ayırdığı pullar hesabına prezident seçkilərinin azad və ədalətli olmadığına dair rəy hazırlanıb. bu rəy ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, habelə ABŞ Dövlət Departamentinin seçkilərə dair qiymətləndirməsi ilə üst-üstə düşüb.
.
