
Bu il fevralın 17-də Xədicə İsmayıl «facebook» şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən material yayıb. Materialda MTN-in müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs olunur. Jurnalist ona bu materialı hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin 2011-ci ildə ötürdüyünü deyir. Sözügedən materialla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.
Həmin materialda öz adının hallandığını iddia edən Elman Türkoğlu da Xədicə İsmayılı məhkəməyə verib. O, iddia ərizəsində jurnalistin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb olunmasını istəyib.
Bu iddia üzrə oktyabrın 9-dan bəri Binəqədi rayon Məhkəməsində proses gedir.
Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göyrəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.
.