Elvin Nəbizadə adlı "feysbuk” istifadəçisi şəxsi səhifəsində paylaşdığı bahalı avtomobil şəkilləri və pul valyutaları ilə diqqət mərkəzinə düşüb.
Paylaşdığı şəkillərdə dəbdəbəli həyat tərzinə malik olduğunu nümayiş etdirən Elvin Nəbizadənin kimliyi o qədər də maraq doğurmazdı. Amma soaial şəbəkə istifadəçisinin öz səhifəsində iş yerini prokurorluq olaraq göstərməsi "axar.az"ın diqqətini çəkib və sayt araşdıma aparıb. Saytın öyrəndikləri:
1988-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu olan Elvin Nəbizadə Bakı şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi Ramiz Nəbiyevin oğludur.
Paylaşılan şəkildə dollar və manat əskinaslarının düzülüşündən də göründüyü kimi (222), Almaniya istehasalı olan 10-VJ-222 dövlət qeydiyyat nişanlı "Volkswagen” və Rusiya istehsalı olan "Niva” markalı avtomobillər Elvin Nəbizadəyə məxsusdur.
Profilində paylaşdığı digər avtomobillərdən 90-KN-100 dövlət qeydiyyat nömrəli "Jeep” Elvin Nəbizadənin atası Ramiz Nəbiyevə məxsusudur.
01-BL-001 dövlət qeydiyyat nişanlı "Lexus” markalı avtomobilin sahibi isə Elvin Nəbizadənin böyük qardaşıdır.
Elvin Nəbizadənin statuslarından görünür ki, şəkildə dövlət qeydiyyat nişanı görsənməyən "Mersedes” markalı avtomobil də Nəbiyevlər ailəsinə məxsusdur. Nəbiyevlərin ailəvi avtomobilinin 10-AZ-028 dövlət qeydiyyat nişanlı olduğu bildirilir.
01-BL-001 nömrə nişanlı avtomobilin sahibi, Elvin Nəbizadənin böyük qardaşı Sumqayıt Qeydiyyat İmtahan Şöbəsinin rəisi Polad Şixəliyevin kürəkənidir. Yəni Ramiz Nəbiyevlə Polad Şixəliyev qudadırlar.
Polad Şıxəliyevin bir qardaşı DİN Lənkəran Regional Narkomaniya və Narkobiznesə Qarşı Mübarizə İdarəsinin rəisi Füzuli Şıxəliyevdir.
Bildirilir ki, "bahalı nömrələrin” Nəbiyevlər ailəsinin bahalı avtomobillərində "peyda olması” bu qohumluq əlaqələri ilə bağlıdır.
Fotolarda görünən əzəmətli mülk isə Nəbiyevlər ailəsinin Şamaxı rayonunda yerləşən bağ evidir.
.
