Kinoşünas, professor Aydın Dadaşov avtomobil qəzası keçirib.
A.Dadaşovun Kulis.Aza bildirdiyinə görə, iki ayağı da sınıb.
"Ayaqlarım gipsdədir. Ev şəraitində müalicəm davam edir. Özümü yaxşı hiss edirəm. Yaxın günlərdə gipsdən də azad olacam.”
Xatırladaq ki, A.Dadaşov özünün idarə etdiyi maşında qəzaya düşüb.
