
Dövlət başçıları bəzən müxtəlif markalı silahlarla görüntülənirlər. Bu, onlar adətən ya hərbi hissələrdə olanda, ya da ova çıxarkən baş verir.
Modern.az saytı müxtəlif vaxtlarda dövlət rəhbərlərinin silahla çəkilən fotolarını təqdim edir.
Azərbaycan prezidenti İlham Əliyev isə cəbhə xəttini ziyarət edən zaman iri çaplı silahın nişangahından düşmən mövqelərini izləmişdi. İlham Əliyev Daxili Qoşunların "N” saylı hərbi hissəsinə baş çəkəndə də silahla görüntülənmişdi.

Rusiya prezidenti Vladimir Putin tirdə "Steçkin” tapançasından hədəfi tuşlayıb.

Amerika prezidenti Barak Obama 2012-ci ilin avqust ayında Merilend ştatının Kemp-Devid şəhərində yerləşən iqamətgahında hədəfə atəş açır.

Amerikanın dövlət katibi Con Kerri Ayova ştatında qırqovul ovlayarkən...

Britaniya kraliçası II Yelizaveta 1993-cü ildə "Hərbi Silah Assosiasiyası”nı ziyarət edərkən silaha görüntülənib.

Ukrayna prezidenti Pyotr Poroşenko isə 2014-cü ilin iyulunda separatçılara qarşı vuruşan Milli Qvardiyanın poliqonunda silahla görüntülənib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə hələ baş nazir səlahiyyətlərini icra edərkən 2009-cu ildə İstanbulda keçirilən yelkənli gəmilərin yarışını açıq elan etmək üçün tapançadan havaya atəş açıb. 2013-cü ildə Girersun vilayətinə səfəri zamanı isə ona tüfəng hədiyyə edilib.