
Azərbaycan dialoq tərəfdaşı kimi Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə sıx əməkdaşlıq edir.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Çin Xalq Respublikasının Sədri Si Cinpin və Çinin Şanxay Əməkdaşlıq Təşkilatına töhfəsini vurğulayan Hikmət Hacıyev təşkilatlın Şanxay adını, Şanxay ruhunu daşıdığını qeyd edib: “Çin Şanxay Əməkdaşlıq Təşkilatının Azərbaycanla qarşılıqlı əməkdaşlığını dəstəkləyir. Azərbaycan dialoq kimi bu qurumla sıx əməkdaşlıq edir. Çinli dostlarımıza dialoq tərəfdaşı kimi Azərbaycanı dəvət etdiklərinə və fəal qarşılıqlı münasibətlərə görə minnətdarıq”.
Çin və Azərbaycan hər zaman bir-birini dəstəkləyib
Azərbaycan və Çin arasında dostluq və tərəfdaşlıq əlaqələri var.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev deyib ki, bu münasibətlər bu il Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində imzalanmış strateji tərəfdaşlıq sənədi əsasında inkişaf etməkdədir: “Bu gün Azərbaycan-Çin əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Mən xüsusən iqtisadi-ticari əlaqələri qeyd etmək istəyərdim, biz bu sahədə 40 faiz artımı müşahidə edirik. Həmçinin nəqliyyat sahəsində əlaqələri qeyd etmək istəyərdim. Azərbaycan üzərindən keçən və Türkiyənin də daxil olduğu Orta Dəhliz üzərindən Çin mallarının daşınmasının artmasını müşahidə edirik. Siyasi baxımdan da Çin və Azərbaycan hər zaman bir-birini dəstəkləyib”.
.