Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin köçürülməsi davam edəcək.

Bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, bu günədək 66 ailə Ağalıya köçürülüb və müxtəlif müəssisələrdə, dövlət qurumlarında, təşkilatlarda, aqrar sahədə işlə təmin olunublar: "Sentyabrın 10-da daha 13 ailə Ağalı kəndində köçürüldü. Artıq ailələr onlar üçün inşa edilən evlərinə qovuşub. Bununla da Ağalı kəndinə sakinlərin köçürülməsinin ikinci mərhələsi başa çatdı. Bu hissləri bizlərə bəxş edən dövlət başçısına minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin".
 

.