Bir çox cərrahlar belə hesab edir ki, ABŞ prezidentinin qızı İvanka Trampın gözəlliyi təbiətin ona bəxş etdiyi hədiyyə deyil.

Xarici mətbuat xəbər verir ki, plastik cərrahların fikrincə, İvanka bir sıra estetik əməliyyatlar etdirib. Almaniyanın məşhur klinikalarının birində işləyən plastik cərrah Rob Vassenderin sözlərinə görə, İvanka Trampın üzü əvvəlki illərlə müqayisədə çox incə görünür. Mütəxəssisin qənaətincə, məsələ təkcə yaşda və makiyaj texnikasında deyil.

Картинки по запросу ivanca tramp

Prezident qızı hansı əməliyyatları etdirib?

İvanka həddindən artıq iri olan yanaqlarını, daha dəqiq desək, almacıq sümüklərinin yağlı səthini uzaqlaşdırıb. Əvəzində almacıq sümüklərinə filler qoyulub. Bu gün istənilən kosmetoloq kabinetində almacıq sümüklərinə korreksiyanı etmək olar. Bundan başqa, qız çənəsində kontur plastik əməliyyatı keçirib.

Иванка Трамп

Habelə İvanka rinoplastikanı etdirib, burnunun ucunu azca kəsdirib və əlbəttə ki, sinəsini böyütdürüb. Həkimin fikrincə, belə nəticə çıxarmaq üçün mütəxəssis olmaq vacib deyil.

Иванка Трамп

Prezident qızı üst dodağını da azca böyüdüb. Onun botoks etdirdiyi də heç kimə sirr deyil. Çünki 35 yaşlı İvanka gülən zaman göz ətrafında, həmçinin alında heç bir mimik qırış görmək mümkün deyil.

Иванка Трамп

İrəli sürülən iddialara görə, bütün plastik əməliyyatlar ABŞ-ın ən yaxşı klinikalarında və ən bahalı mütəxəssislər tərəfindən həyata keçirilib.

Иванка Трамп


.