Qambiyanın seçilmiş prezidenti Adam Barrounun 8 yaşlı oğlu it dişləyəndən sonra ölüb.

PRESSDAY.az xarici mediaya istinadən xəbər verir ki, prezident özü uşağın dəfnində iştirak edə bilməyəcək.

Buna səbəb şəxsi təhlükəsizliyi baxımından Seneqalda qalmasının məsləhət görülməsidir.

Adam Barrou ötən il prezident seçilib. Ancaq indiki prezident Yaxa Cammex seçkilərin nəticəsini tanımayıb. 

Buna görə Barrouya yanvarın 17-də keçiriləcək inauqurasiyaya qədər Seneqalda qalması məsləhət görülüb. 

Müsəlman Barrounun iki arvadı və 5 uşağı var. 
.