“Son proseslər göstərdi ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyildi”.

Bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Ermənistan status-kvonu qorumaq siyasətini yürüdürdü: "Paşinyanın "Qarabağ Ermənistandır" deməsi danışıqlar prosesinə zərbə idi. Ermənistanda bəziləri özlərini hələ də qalib saymağa, işğalı davam etdirməyə çalışırdılar. Azərbaycanın əks-hücumu nəticəsində Ermənistanın illüziyaları darmadağın edildi. Ermənistan silahlı qüvvələrinə 10 gün ərzində böyük zərbə vuruldu. Ermənistanın ən döyüşkən hərbi hissələri darmadağın edildi. 30 il ərzində Ermənistan bu hərbi sistemi, o infrastrukturu formalaşdırmışdı. Coğrafi cəhətdən kiçik bir ərazidə Ermənistan tərəfindən böyük silah, texnika və sursatla təchiz edilmişdi. Azərbaycan silahlı qüvvələri sıx atəş altında belə uğurlu əməliyyat həyata keçirdi. Ermənistanın hücumlarına cavab olararaq yenə də cavablar verilir”.

Hikmət Hacıyev: “Müvəqqəti atəşkəsin qüvvəyə minməsindən sonra da Ermənistanın hücumu davam edir”

“Ermənistanın təcavüzü davam etməkdədir”.

Bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Moskvada qəbul edilmiş bəyanatdan sonra humanitar əsaslı müvəqqəti atəşkəs elan olunub: “Ancaq bu gün müvəqqəti atəşkəsin qüvvəyə minməsindən sonra da Ermənistanın Azərbaycanın mövqelərinə və mülki şəxslərə hücumu davam edir. Bu da Ermənistanın riyakarlığını göstərir. Azərbaycan Silahlı Qüvvələri də təxribatlara cavab verir. Beynəlxalq ictimaiyyət Ermənistanın riyakar siyasətini bir daha görməkdədir”.

.