“Diplomatik xidmətdə olduğum müddətdə başqa ölkələrin zəfər günləri ilə bağlı tədbirlərə dəvət alırdım. Həmişə düşünürdüm ki, bizim tariximizdə də belə Zəfər olacaq?”

Bunu bu gün ADA Universitetində təşkil olunan “44 Günlük Zəfər Yolu” konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, artıq Azərbaycan tarixində də belə bir Zəfər Günü var: “Xaricdə tədbirlərdə məğlub olmuş ölkənin nümayəndəsi kimi çıxış etmək də çox çətindir. İndi xaricdəki diplomatik nümayəndəliklərimizdə Zəfər Günü ilə bağlı tədbirlər təşkil olunur. Ali Baş Komandana təşəkkür edirik!”

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərdə problem mövcuddur və bu münasibət dəyişməlidir.

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmalı, ölkələr bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımalıdır”, - H. Hacıyev vurğulayıb.

Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı qaldırdığı iddialar onu göstərir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır: “Buna son qoyulmalıdır. Ermənistan Azərbaycan ərazilərinə iddialardan əl çəkməlidir”.

H. Hacıyev onu da vurğulayıb ki, Ermənistanın Cənubi Qafqazda daha bir dövlət yaratmaq niyyəti iflasa uğrayıb.

Prezidentin köməkçisi Ermənistanın sülh müqaviləsi imzalaması üçün beynəlxalq ictimaiyyəti səyləri səfərbər etməyə çağırıb

“Səfir həmkarlarımızla işğaldan azad edilmiş ərazilərə səfər edəndə onlar dağıntıların miqyasını öz gözləri ilə görüblər”.

Bunu bu gün ADA Universitetində təşkil olunan “44 Günlük Zəfər Yolu” mövzusunda konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Azərbaycan bu əməllərə quruculuqla cavab verir: “Məsələn, Azərbaycan tamamilə dağıdılmış 9 şəhəri yenidən qurmalıdır. Azərbaycanın Ermənistana təklifləri isə göz qadağındadır. Ermənistan cəmiyyəti də siyasi, psixoloji olaraq dəyişməli, qonşularla sülh şəraitində yaşamağı qəbul etməlidir. Əgər İkinci Dünya müharibəsindən sonra Fransa və Almaniya arasında belə sülh müqaviləsi imzalanıbsa, Azərbaycanla Ermənistan arasında niyə imzalanmamalıdır? Biz beynəlxalq ictimaiyyəti bu istiqamətdə səylərini səfərbər etməyə çağırırıq”.

.