Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yük daşımaları 13 milyon 958,4 min ton təşkil edib.

Yenizaman bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 503,9 min ton və yaxud 9,7 % azdır.

10 ayda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 198,3 milyon ton olub. Yüklərin 7 %-i dəmir yolu ilə daşınıb.

.