“Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş dağıntılar 30 illik proses çərçivəsində ayrıca qiymətləndiriləcək”.

Bunu bu gün 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasına həsr olunmuş brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan əvvəllər bu məsələni qaldıran zaman həmin ərazilərə giriş imkanı olmayıb, real faktlar əsasında bunu ortaya qoymaq çətin olub: “İndi həmin ərazilər işğaldan azad edilib. Prezidentin son sərəncamı isə 27-dən başlayaraq Ermənistan respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasını əhatə edir”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, qiymətləndirmə prosesinə yerli qiymətləndirmə şirkətləri də cəlb olunacaq: “Müstəqil təsisatlar, beynəlxalq təsisatlar da bu qiymətləndirməyə cəlb ediləcək. Zərərlə bağlı rəqəmlər Xarici İşlər Nazirliyi (XİN) tərəfindən beynəlxalq ictimaiyyətə təqdim olunacaq”.

H. Haciyev onu da vurğulayıb ki, Ermənistanın təcavüzü nəticəsində zərər görən vətəndaşlara yeni evlər veriləcək, lazım olduğu halda onların evləri əsaslı təmir olunacaq.

Hikmət Hacıyev: "Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələri tərəfindən mülki obyektlərə 30 min mərmi, 227-dən artıq raket atılıb"

“Noyabrın 6-da Azərbaycan Respublikası Prezidenti tərəfindən “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb”.
 
Bunu bu gün 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasına həsr olunmuş brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
 
H. Hacıyev deyib ki, vətəndaşlara dəymiş ziyanın aradan qaldırılması Prezident İlham Əliyevin tərəfindən hər zaman ilk yerdədir: “Biz 2016-cı ilin aprel hadisələrində də dövlət başçısının vətəndaşlara qayğısını gördük, həmin vaxt mülkiyyətlərinə ciddi ziyan dəymiş vətəndaşlara yeni evlər tikildi. Tovuz hadisələri zamanı da mülki əhaliyə dəymiş ziyanın qiymətləndirilməsi aparıldı və vətəndaşlara dəymiş ziyan aradan qaldırıldı”. 

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən mülki obyektlərə qarşı 30 min mərmi, 227-dən artıq raket atılıb: “Hətta ballistik, kasetli raketlərdən də istifadə edilib. Mülki obyektlərin hədəf alınması Ermənistanın hərbi doktrinasının tərkib hissəsi idi. 1990-cı illərin əvvəlində də belə addımlar atılıb, Xocalı soyqırımında da bunu görmüşük. Ermənistanın məqsədi mülki əhalini panikaya salmaq və Azərbaycanda humanitar fəlakət yaratmaq idi. Bunlar eyni taktikanı Tovuz hadisələri və 27 sentyabrdan sonra da tətbiq etdilər. 2018-ci ildə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bəyan etmişdi ki, sərhədlər boyu yaşayan 500 min azərbaycanlı mülki əhali hədəflərindədir. Amma Prezident İlham Əliyevin komandanlığı, ordumuzun səfərbərliyi nəticəsində Ermənistanın hərbi məqsədləri puça çıxdı. Ermənistan bu dəfə cəbhə xəttindən uzaq olan Gəncə, Mingəçevir şəhərlərini, Xəzər sahilində yerləşən Xızı, Siyəzən şəhərlərini də əhatə etdi. Bu, Xocalı faciəsindən davam edən bir strategiyadır. Ali Baş Komandanın rəhbərliyi altında Ermənistanın legitim hərbi obyektlərinin sıradan çıxarılması bu siyasətin geniş formada həyata keçirilməsinin qarşısını alıb”.

Ermənistanın təxribatı nəticəsində 4 məscid və kilsə, 15 qəbiristanlıq, 50-dən çox məktəb binasına ziyan dəyib

“Ermənistanın təxribatı nəticəsində 4 məscid və kilsə, 15 qəbiristanlığa ziyan dəyib”.

Bunu bu gün 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasına həsr olunmuş brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, cəbhəboyu ərazilərdə yerləşən 50-dən çox məktəb binasına da ziyan dəyib. 

Hikmət Hacıyev: “Ermənistanın vurduğu ziyanın qiymətləndirilməsinə BMT-nin ixtisaslaşmış qurumları da dəvət olunacaq”

“BMT-nin sənədlərinə əsasən, məktəb və uşaq bağçalarına ziyan vurulması yolverilməz sayılır və ən ağır cinayətlərdən biridir. Aidiyyəti beynəlxalq təşkilatlar da dəvət edilərək, məktəblərə dəyən ziyan qiymətləndiriləcək”.

Bunu bu gün 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasına həsr olunmuş brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyevin sözlərinə görə, prosesin gedişində BMT-nin aidiyyəti, ixtisaslaşmış qurumları da ziyanın qiymətləndirilməsinə dəvət olunacaq.

 

.