Amerika qeyri-məntiqi tələblərindən əl çəkmədiyi müddətcə, İran danışıqlar masasına qayıtmayacaq.

APA İran mediasına istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi deyib.

“ABŞ-la aparılan danışıqlar, o cümlədən Nyu-Yorkdakı dialoq Vaşinqtonun həddən artıq tələbləri səbəbindən dayandırıldı”, - Araqçi bildirib.

Qeyd edək ki, İran XİN sözçüsü İsmayıl Bəqayi İran və ABŞ arasında son günlərdə vasitəçilər yolu ilə müəyyən mesajların müdabilə edildiyini, lakin danışıqlar prosesindən söhbət getmədiyini bəyan edib.

.