İspaniya Futbol Federasiyasının prezidenti Anxel Mariya Vilyarın ailəsinə dəhşətli faciə üz verib.
Yenizaman az Publika.az-a istinadən xəbər verir ki, Vilyarın bacısı qızı Meksikada qəddarcasına qətlə yetirilib. Hadisə Mexiko ştatının paytaxtı Toluka-de-Lerdo şəhərində baş verib.
Cinayətkarlar qızı bankomatdan pul çıxararkən girov götürüblər. Daha sonra onun ailəsinə zəng edərək, müəyyən miqdarda pul tələb ediblər.
Ailə üzvləri tələb olunan vəsaitin bir hissəsini ödəyib. Ancaq cinayətkarlar qızı azad etməyərək, qətlə yetiriblər.
.
