Enerji təhlükəsizliyi məsələləri bu gün hər zamankından daha önəmlidir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə mətbuata birgə açıqlamasında deyib.

“Biz artıq bu əməkdaşlığın müsbət faydalarını görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün hər zamankından daha önəmlidir. Aİ və Azərbaycan arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırıla bilən və çox etibarlı əməkdaşlıq təbii ki, böyük bir aktivdir. Bu il biz Aİ və Azərbaycan arasında neft və qaz, alternativ enerji, su enerjisi səmərəliliyi və digər məsələlər də daxil olmaqla, bir çox sahələri əhatə edən enerji dialoquna başladıq”, - dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev: “Bizim həqiqətən də nəhəng resurs bazamız var”

Azərbaycanda alternativ enerji istehsalının böyük potensialı artıq Avropa İttifaqı tərəfindən də təqdir edilir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə mətbuata birgə açıqlamasında deyib.

Prezident İlham Əliyev bildirib ki, artıq külək və günəş enerjisinə dair investisiya layihələrinə başlanılıb.

“Biz artıq öz potensialımıza dair ilkin qiymətləndirmə aparmışıq və mən deyə bilərəm ki, Qarabağın və Şərqi Zəngəzurun azad edilmiş ərazilərində günəş və külək enerjisi stansiyalarının potensialı 9200 meqavatdır. Xəzər dənizinin külək enerjisi potensialı 157 geqavatdır. Beləliklə, bizim həqiqətən də nəhəng resurs bazamız var”, - Azərbaycan Prezident bəyan edib.

.