Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Siz Azərbaycan Respublikası Prezidentinin vəzifələrini yerinə yetirərək, həmvətənləriniz üçün firavan və dinc həyatın qurulması naminə yorulmadan çalışır, ölkədə millətlərarası və dinlərarası harmoniyaya əhəmiyyətli töhfə verirsiniz.

Sizə möhkəm cansağlığı, Prezident kimi ali və məsul fəaliyyətinizdə Qadir Allahdan kömək və uğurlar diləyirəm.

Bir-birinə qonşu olan Azərbaycan və Ermənistan xalqlarının bərəkətli torpaqlarında möhkəm və ədalətli sülhün bərqərar olması üçün Ulu Tanrıya dualar edirəm”.

Rusiya Hökumətinin sədri Azərbaycan Prezidentini təbrik edib

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm.

Dostluq, mehriban qonşuluq və tərəfdaşlıq prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə Sizin əhəmiyyətli şəxsi töhfənizi qeyd etmək istərdim. Birgə səylərlə ticari-iqtisadi, elmi-texniki və mədəni-humanitar əməkdaşlığın inkişafı, müxtəlif sahələrdə böyük perspektivli layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradılır.

Əminəm ki, qarşılıqlı fəaliyyətin bütün kompleksinin bundan sonra da gücləndirilməsi, yeni təşəbbüslərin təşviqi Rusiya və Azərbaycanın uzunmüddətli maraqlarına tam şəkildə cavab verir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulayıram”.

Valentina Matviyenko Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi qəbul edin.

Siz Vətənə fədakar xidmətin, yüksək peşəkarlığın və fəal vətəndaşlıq mövqeyinin nümunəsisiniz. Azərbaycan Respublikasında aparılan islahatlar, siyasi sabitliyin və milli iqtisadiyyatın möhkəmlənməsi, vətəndaşların rifahının yaxşılaşdırılması kursu - bütün bunlar Sizə həm ölkə daxilində, həm də xaricdə inam qazandırmışdır.

2019-cu ilin aprel ayında Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının nümayəndə heyətinin Azərbaycan Respublikasına qarşılıqlı hörmət və qonaqpərvərlik mühitində baş tutmuş səfərini məmnunluqla xatırlayıram. Dövlətlərimiz arasında münasibətlərin parlament meyarlarına və diplomatiyasına göstərdiyiniz daimi diqqət və dəstəyi yüksək qiymətləndirirəm.

Biz Müstəqil Dövlətlər Birliyi məkanında inteqrasiya proseslərinin möhkəmlənməsi üçün Rusiya və Azərbaycanın dostluq və qarşılıqlı anlaşmaya əsaslanan qarşılıqlı fəaliyyətinin bundan sonra da dərinləşməsinə böyük əhəmiyyət veririk.

Hörmətli İlham Heydər oğlu, səmimi qəlbdən Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycanın rifahı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.

.