Azərbaycan Prezidenti İlham Əliyev bir qrup şəxsin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC-ın məlumatına görə, Sərəncama əsasən, Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Teymur Əkbər oğlu Əhmədov, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Tənzilə Yolçu qızı Rüstəmxanlı və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Həsən Əziz oğlu Həsənov “Şöhrət” ordeni ilə təltif ediliblər.

.