Prezident İlham Əliyev Milli Məclisin "Yol hərəkəti haqqında” Qanunda etdiyi dəyişiklikləri təsdiq edib. Dəyişikliklər:
- 83-cü maddənin II hissəsində "texniki nəzarətetmə vasitələrinin” sözləri "xüsusi texniki vasitələrin” sözləri ilə əvəz edilsin və bu hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının (Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur) mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır.”.
- 84-cü maddənin 6-1-ci bəndində "mərkəzi məlumat” sözləri "mərkəzi informasiya” sözləri ilə əvəz edilsin.
- 85-1-ci maddənin II hissəsində "texniki nəzarət etmə vasitələrindən” sözləri "xüsusi texniki vasitələrdən” sözləri ilə, X hissəsinin ikinci cümləsində isə "3” rəqəmi "2” rəqəmi ilə əvəz edilsin.
.