Biz uçurum kənarında idik, qonşu ölkənin hərbi təcavüzü nəticəsində təkcə əraziləri itirmirdik, həm də hərc-mərclik və qardaş qırğını, vətəndaş müharibəsi faciəsi ilə üz-üzə idik.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində bildirib.
Ən ağır müharibənin vətəndaş müharibəsi olduğunu vurğulayan dövlət başçısı deyib: “Təəssüf ki, Azərbaycan xalqı bunun acısını çəkib. Yalnız Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının ona inamı sayəsində o, qardaş qırğınını dayandırdı, Azərbaycanın iflasa sürüklənməsinin, gənc respublikamızın parçalanmasının qarşısını aldı, Azərbaycanı inkişaf yoluna qoydu, sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsinə, investisiyaların cəlbinə, müasir Azərbaycan Ordusunun təməlini qoymağa nail oldu”.
Prezident: Heydər Əliyevin vəsiyyətlərindən biri ərazi bütövlüyünün bərpası idi və biz bunu iki il əvvəl şərəflə yerinə yetirmişik
Biz bugünkü Azərbaycanın Heydər Əliyevin əsəri olduğunu deyəndə tamamilə haqlıyıq və onun yolu ilə gedirik.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində söyləyib.
Dövlət başçısı deyib ki, biz Heydər Əliyevin davamçılarıyıq: “Əlbəttə, vəziyyətin spesifikası nəzərə alınmaqla, dəyişən dünya nəzərə alınmaqla, Azərbaycanın müasir imkanları nəzərə alınmaqla və qarşımızda duran çağırışlar nəzərə alınmaqla onun yolu ilə gedirik. Onun bizə qoyub getdiyi vəsiyyətlərdən biri ərazi bütövlüyünün bərpası idi ki, bunu iki il əvvəl şərəflə yerinə yetirmişik”.
.
