Qırğızıstan prezidenti Almazbek Atambayev Türkiyədə xəstəxanaya aparılarkən görüntülənib.
Xatırladaq ki, Atatürk hava limanında vəziyyəti pisləşən Atambayev aeroportun otelində 4 saat dincəldikdən sonra həkim müayinəsindən keçib.
Dünən gecə oteldən çıxarılan Atambayev özəl təyyarə ilə Ege bölgəsinə aparılıb. Prezidentin müalicəsini Türkiyədə davam etdirəcəyi bildirilir.
Qeyd edək ki, bu gün Qırğızıstan prezidenti Almazbek Atambayev səhhətinin pisləşməsindən sonra tibbi müayinələrdən keçmək üçün məzuniyyət götürüb.
"Prezident Almazbek Atambayev tibbi müayinələrin keçirilməsi məqsədilə qısamüddətli məzuniyyət götürüb”, - deyə Qırğızıstan Prezident Administrasiyasının yaydığı məlumatda bildirilir.
Məlumata əsasən prezidentin məzuniyyəti oktyabrın birinə qədər davam edəcək.
Onu da xatırladaq ki, ötən gün Qırğızıstan prezidenti Almazbek Atambayev ürəyində yaranan problem səbəbindən, BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 71-ci sessiyasında iştirak etməyəcəyi barədə məlumat yayılıb.
.

