Zambiyanın prezidenti Edqar Lunqu milli valyutanın xilası naminə xalqı dua etməyə çağırıb.
APA-nın verdiyi məlumata görə, bununla əlaqədar ölkəni bütün kilsələrində oktyabrın 18-də ibadətlər keçiriləcək.
"Hökumətin vəziyyəti dəyişmək istiqamətində atdığı addımlar uğur gətirmədi, yanacağın qiymətinin artması isə durumu daha da çətinləşdirəcək. Biz ilahi müdaxiləyə möhtacıq", - deyə paytaxt Lusaka şəhərindəki kilsənin yepiskopu bildirib.
Zambiyada milli valyutanın zəifləməsi iqtisadi problemlərlə əlaqədardır. Bu ölkə Afrikanın sayca ikinci mis ixracçısıdır. 2015-ci ildə misin qiyməti 20% ucuzlaşıb. İstehsalçılar mədənlərin bağlanması və minlərlə işçinin ixtisarını nəzərdən keçirir.
.