“Hazırda biz azad edilmiş əraziləri bərpa edirik. Artıq genişmiqyaslı dövlət proqramının həyata keçirilməsinə başlanıb. Ümid edirik ki, Ermənistanın işğalından əziyyət çəkmiş 1 milyondan artıq soydaşımızı, qaçqın və məcburi köçkünlərimizi öz yerlərinə qaytara biləcəyik”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

“Bu müharibə onu göstərdi ki, güc və ya tez ədalət zəfər çalacaq. Siz hazır olmalısınız, siz öz işinizə sadiq olmalısınız və sizin beynəlxalq hüquq çərçivəniz və xalqınızın sizə böyük dayağı olmalıdır. Bizim hərbi imkanlarımıza gəldikdə, bu, münaqişənin həlli üçün əsas səbəb oldu. İndi isə münaqişə bitib. Mən artıq qeyd etdiyim kimi tikinti işləri başlayıb”, - deyə dövlət başçısı qeyd edib.

.