Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib.

Prezident İlham Əliyev bu il işğaldan azad olunan torpaqlarda geniş quruculuq işlərinin aparılacağını bildirib. Bununla bağlı tapşırıqlarını verib.

Müşavirədə məruzələr dinlənilib.

İlham Əliyev: “Azərbaycan qazı artıq Avropa məkanındadır"

“Dekabrın 31-də daha bir şad xəbər gəldi. Cənub Qaz Dəhlizi tam istismara verilmişdir. Onun son seqmenti olan TAP istismara verildi”.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

“Azərbaycan qazı artıq Avropa məkanındadır. Tarixdə ilk dəfə olaraq. Və bu bizim tarixi nailiyyətimizdir”, - deyə Prezident əlavə edib.
 

.