
Kasım-Jomart Tokayevin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-21-də Qazaxıstana dövlət səfəri edəcək.
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Səfər zamanı yüksək səviyyəli danışıqlar aparılacaq.
Prezidentlər Ali Dövlətlərarası Şuranın iclasında və Qazaxıstan-Azərbaycan biznes forumunda iştirak edəcəklər.
.