Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olub.

NATO Baş katibi Azərbaycan Prezidentinə təşəkkür edib

“Bizim konstruktiv müzakirələrimiz oldu”.

Bunu bu gün NATO Baş katibi Yens Stoltonberq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

NATO Baş katibi deyib ki, illər ərzində güclü tərəfdaşlıq olub, tərəfdaşlıq müxtəlif sahələri əhatə edib.

“Azərbaycan Əfqanıstandakı missiyamıza böyük töhfələr verib, Kabil hava limanının qorunmasında, evakuasiyada vacib rol oynayıb. Bütün bu səylərinizə və dəstəyinizə görə təşəkkür edirəm”, - Baş katib vurğulayıb.

NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir

“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyirik”.

Bunu bu gün NATO Baş katibi Yens Stoltonberq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

NATO Baş katibi deyib ki, hər iki ölkə NATO üçün dəyərli tərəfdaşdır.

.