"Əminəm ki, bu səfər ikitərəfli münasibətlərə müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq genişləndiriləcək”.

Bunu Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə birgə mətbuata bəyanatlarında deyib.

Dövlət başçısı bildirib ki, bu gün qəbul edilən Birgə Bəyanat bizim əməkdaşlıq istiqamətini müəyyən edəcək: “Siyasi əlaqələr uzun illərdir inkişaf edir. 30 ildən çoxdur aramızda diplomatik əlaqələr qurulub. Bu əlaqələr çərçivəsində beynəlxalq təşkilatlarda bir-birimizə dəstək göstəririk".

.