Bu gün Türk dünyası yeni potensial əldə edir, həm Azərbaycan, həm Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir.

Bu fikirləri Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında söyləyib.

Dövlət başçısı deyib: “Gələn ay keçiriləcək zirvə görüşü, fikrimcə, bizim həmrəyliyimizin möhkəmlənməsi işində daha bir addım olacaq. Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getmək üçün öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın unikal mədəniyyətini qoruyub saxlamalıyıq”.

Prezident: Artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşdırlar

Artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşdırlar.

Bu barədə Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında deyib.

Strateji tərəfdaşlıq haqqında Bəyannamənin Bakıda, Qırğızıstan Prezidenti Sadır Japarovun səfəri zamanı imzalandığını xatırladan dövlət başçısı bildirib ki, bu gün məhdud tərkibdə görüşdə bu Bəyannamənin necə uğurla həyata keçməsi barədə fikir mübadiləsi aparılıb.

“Biz onu daha konkret məzmunla zənginləşdirəcəyik. Düşünürəm ki, birgə investisiya fondunun yaradılması barədə qərar belə amillərdən biridir”, - Prezident İlham Əliyev vurğulayıb.

Prezident: Qarşılıqlı səfərlər münasibətlərimizi fəallaşdırmaq əzmində olduğumuzu nümayiş etdirir

Həm xalqlarımız arasında qardaş xarakterli münasibətlərə, həm də Qırğız-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə verdiyiniz qiymətlə tam şərikəm. Qardaş Qırğızıstana dövlət səfərinə dəvətə görə bir daha minnətdarlığımı bildirmək istərdim.

Bu barədə Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında deyib.

İndiyədək qardaş Qırğız torpağında iki dəfə olduğunu xatırladan dövlət başçısı qeyd edib ki, bu səfərlər beynəlxalq tədbirlərdə iştirakla bağlı olub. Azərbaycan Prezidenti qırğızıstanlı həmkarına müraciətlə deyib: “Qırğızıstana rəsmi dövlət səfərim ilk dəfədir və o, demək olar, Sizin rəsmi səfərinizdən yarım il sonra həyata keçir. Bu da münasibətlərimizi fəallaşdırmaq əzmində olduğumuzu nümayiş etdirir”.

.