“Gözəl ölkənizə dəvətə görə də sizə minnətdaram və eyni zamanda, Azərbaycan haqqında dediyiniz xoş sözlərə görə də sizə təşəkkürümü bildirirəm. Bu, əsl dostun sözləridir və bizi Prezident Vuçiçlə dostluq əlaqələri bağlayır”.

Bunu Prezident İlham Əliyev sənədlərin imzalanması mərasimindən sonra Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatlarla çıxışında deyib.

“Hesab edirəm ki, Serbiya-Azərbaycan əlaqələrinin sürətli inkişafında bu amil önəmli rol oynamışdır. Aramızda imzalanmış sənədlər ikitərəfli əlaqələrimizin hüquqi bazasını təşkil edir və onların arasında əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur. Biz sözün əsl mənasında strateji tərəfdaşıq. Çünki bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və bizim əməkdaşlığımızın strateji hədəfləri var”, - dövlət başçısı vurğulayıb.

Prezident: Azərbaycanın zəngin qaz resursları bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır

Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və bizim rolumuz getdikcə artacaq.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Belqradda mətbuata bəyanatında deyib.

Dövlət başçısı qeyd edib ki, ilk növbədə biz dost ölkələrlə bu sahədə və bütün başqa sahələrdə əməkdaşlığı dərinləşdirmək fikrindəyik.

Azərbaycan Prezidenti: Beynəlxalq təşkilatların qərar, qətnamələri və onların icrası selektiv xarakter daşıyır

“Eyni zamanda, Prezident Vuçiçin beynəlxalq təşkilatlarla bağlı dediyi sözlərə də şərh verərək bir neçə kəlmə demək istərdim. Bizim torpaqlarımız uzun illər işğal altında idi və dünyanın aparıcı beynəlxalq təşkilatları bu işğalla bağlı önəmli və həqiqəti əks etdirən qərar və qətnamələr qəbul etmişdilər”.

Bunu Prezident İlham Əliyev sənədlərin imzalanması mərasimindən sonra Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatlarla çıxışında deyib.

“Onların arasında əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini qeyd etməliyəm. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb edilirdi. BMT-nin Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT, yəni bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul ediblər. Ancaq məsələ öz həllini tapmırdı. Bu nəyi göstərir?! Onu göstərir ki, beynəlxalq təşkilatların qərar və qətnamələri və onların icrası selektiv xarakter daşıyır”, - dövlət başçısı əlavə edib.

Prezident: Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir

“Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir”.

Bunu Prezident İlham Əliyev sənədlərin imzalanması mərasimindən sonra Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatlarla çıxışında deyib.

“Prezident Vuçiçin dediyi kimi, ölkələrimizin suverenliyi və ərazi bütövlüyü qarşılıqlı surətdə dəstəklənir. Bu mövqe birmənalıdır və dəyişməzdir və dəyişməz olaraq qalacaq”, - Prezident İlham Əliyev qeyd edib.

Prezident: Özünümüdafiə etmə haqqı bütün dövlətlərə şamil edilməlidir, o cümlədən Azərbaycana

“Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Bəzi hallarda bir neçə saat ərzində icra edilir. Amma bizim məsələmizə gəldikdə, biz 27 il bu qərarların icrasını gözləyirdik və buna nail ola bilmədik”.

Bunu Prezident İlham Əliyev sənədlərin imzalanması mərasimindən sonra Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatlarla çıxışında deyib.

“Ona görə beynəlxalq təşkilatların gələcək fəaliyyəti ilə bağlı dünya ictimaiyyəti öz təkliflərini verməlidir. Biz də Azərbaycan olaraq buna hazırıq. Çünki qəbul edilmiş qərarlar əgər həyatda öz əksini tapmırsa, yerinə yetirilmirsə, əlbəttə ki, bu, çox düşündürücüdür. Biz nəticə etibarı ilə görəndə ki, bütün bu səylər, o cümlədən aparılan danışıqlar səmərə vermir, biz güc amilindən istifadə etdik. Beynəlxalq hüquq bu imkanı bizə verirdi. BMT-nin Nizamnaməsi bu imkanı bizə verirdi. Özünümüdafiə etmə haqqı bütün dövlətlərə şamil edilməlidir, o cümlədən Azərbaycana. Və biz güc yolu ilə öz ərazi bütövlüyümüzü bərpa etdik, ədaləti bərpa etdik. Və artıq 2 ildir ki, Azərbaycan xalqı azad edilmiş torpaqlarda qurub yaradır, binaları bərpa edir, bütün o böyük ərazini – 10 min kvadrat kilometrdən böyük olan ərazini yenidən qurur”, - Azərbaycan dövlət başçısı qeyd edib.

Azərbaycan Prezidenti Serbiya dövlət başçısı ilə müzakirə etdiyi bir sıra məsələləri açıqlayıb

Bu gün ikitərəfli formatda bir çox beynəlxalq məsələlərə də toxunduq. Eyni zamanda, regional təhlükəsizlik məsələlərini müzakirə etdik.

Bunu Prezident İlham Əliyev sənədlərin imzalanması mərasimindən sonra Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatlarla çıxışında deyib.

“Mənim dostum Aleksandarın dediyi kimi, energetika sahəsindəki əməkdaşlığı müzakirə etdik və bu gün bu müzakirələr davam edəcək. Təbii qaz, elektrik enerjisi sahəsində əməkdaşlıq üçün yeni imkanlar var. Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və getdikcə bizim rolumuz artacaq. Əlbəttə ki, ilk növbədə biz dost olan ölkələrlə bu sahədə və bütün başqa sahələrdə əməkdaşlığı dərinləşdirmək fikrindəyik. O cümlədən hərbi texniki sahədə əməkdaşlıq aparılır. Və bu əməkdaşlığın daha da dərinləşməsi və daha geniş vüsət alması istiqamətində əlavə addımlar atılacaq”, - dövlət başçısı bildirib.

.